Bakıda 23 yaşlı qızı zorlayıb qarət etdilər

25 Oktyabr 2014 23:09 (UTC+04:00)

Bakıda 23 yaşlı qadın zorlanıb.

Movqe.az xəbər verir ki ,Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə,paytaxt sakini 1991-ci il təvəllüdlü A. Ə. 23-cü polis bölməsinə müraciət edərək oktyabrın 24-dəsaat 17.00 radələrində, Q.Qarayev prospekti 28-in qarşısında Rəhman adlı şəxs onu işədüzəltmək adı ilə "VAZ2106" markalı naməlum nömrəli avtomobilə əyləşdirərək Dərnəgül şossesindəyerləşən naməlum ünvana aparıb.

A.Ə-ni orada zorlayan həmin şəxs qadının əl çantasından 150 manat pul və mobil telefonunugötürüb. Daha sonra onu H.Əliyev prospekti 119-un qarşısında avtomobildən düşürüb. Hadisəni törədən şəxs axtarılır.

Faktla bağlı araşdırma aparılır.