Misirin "Qahirə" peyk televiziya kanalında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Movqe.az AzərTaca istinadən verdiyi məlumata görə, Ərəb dilində
yayımlanan filmdə bildirilib ki, qədim tarixə malik olan
Azərbaycan, eyni zamanda, müasirliyi ilə seçilir. Zəngin təbii
sərvətləri, o cümlədən neft və qaz ehtiyatları onun əhəmiyyətini
daha da artırır.Bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayan Azərbaycanda yeni neft-qaz
yataqlarının aşkar olunduğu, irimiqyaslı layihələrin həyata
keçirildiyi barədə məlumatlar da filmdə öz əksini tapıb.
Azərbaycanda son illər aparılan müasir üslubda tikinti-abadlıq işləri, Ağ Şəhər layihəsi, sənaye müəssisələrinin açılması, ADA Universiteti, SOCAR-ın yeni tikilən binası, ölkənin tarixi-mədəni imicini əks etdirən görüntülər də filmdə yer alıb.
Tamaşaçılara Azərbaycanın qədim xalçaçılıq mədəniyyətindən, habelə tolerantlığından bəhs edən süjetlər də təqdim olunub.
Ölkəmizin mədəniyyətlərarası dialoqların və
humanitar forumların keçirilməsi üçün münasib məkan olması filmdə
xüsusi qeyd olunub.
Publika.azhəmin filmi təqdim edir.