İŞİD-dən “duman” taktikası

27 Oktyabr 2014 09:54 (UTC+04:00)

Suriyanın Kobani bölgəsində kürd qruplarla İŞİD qruplaşması arasında döyüşlər şiddətlənib.Movqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD tərəfindən Kobanidə növbəti intihar hücumu həyata keçirilib.

İŞİD kürd qrupların nəzarətində olan Ayn əl-Ərəb sərhəd qapısının 500 metr uzaqlıqda bomba yüklü avtomobillə intihar hücumu təşkil edib. Partlayışdan sonra havaya qalxan tüstü Türkiyə tərəfindən də asanlıqla müşahidə edilib.

Kürd qrupların məlumatına görə, qarşıdurmalar Kobaninin cənub hissəsində daha da şiddətlənib. Şiddətli qarşıdurmalardan sonra Kobaninin qərb hissəsində nəzarəti ələ keçirdiyi deyilir.

"Al Jazeera"nın xəbərinə görə, İŞİD koalisiya təyyarələrinin Kobaniyə hava hücumunu əngəlləmək üçün ərazidə yanğınlar törədir.