Azərbaycanda ölüləri yeni qaydalarla basdıracaqlar

27 Oktyabr 2014 19:40 (UTC+04:00)

Ölkədə özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq sənəd hazırlanır.

 

Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

 

Millət vəkili bildirib ki, bununla bağlı ya qanun qəbul olunacaq, ya da Nazirlər Kabineti qərar verəcək.

 

"Həmin sənədlə qəbirstanlıqların formaları, dəfn qaydaları və s. məsələlər müəyyənləşdiriləcək. Ola bilsin ki, ilin sonuna qədər bununla bağlı Nazirlər Kabineti qərar versin".

 

M.Quliyevin sözlərinə, qəbirstanlıqlarla bağlı hazırlanan sənəddə imkansız ailələrin dəfnin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq.

 

"Ola bilsin ki, özəl qəbirstanlıqlar özləri dəfn xidmətlərini təklif etsin"