MTRŞ “Media FM”in lisenziyasını uzatdı

27 Oktyabr 2014 18:25 (UTC+04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Movqe.az-a verilən xəbərə görə, iclasda "Digital Media" MMC-nin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Digital Media" MMC-nin (Media FM) radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.