Sürüşmə oldu, yolda hərəkət dayandı
28 Oktyabr 2014 10:12 (UTC+04:00)
Oktyabrın 25-dən davam edən güclü yağışlar
nəticəsində Lənkəran-Lerik sosesində yenidən torpaq sürüşmələri baş
verib. APA-nın məlumatına görə, sürüşmə və
torpaq uçqunları yolun əsasən 17, 43 və 49-cu kilometrliklərində
qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində
çətinliklər yaranıb.
Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin
işçiləri və ağır texnikası gecə-gündüz əraziyə nəzarət edərək, yola
tökülmüş gil, torpaq qatını təmizləməklə məşğul olublar. İdarənin
rəisi Elxan
Əliyevin APA-ya verdiyi məlumata görə,
sözügedən ərazidə sürüşmələrə qarşı ilboyu tədbirlərin görülməsinə
baxmayaraq, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir.
İdarə rəisi bunun başlıca səbəbini yay fəslinin quraqlıq, payızın
isə yağmurlu keçməsi ilə əlaqələndirib. Mövcud çətinliklərə baxmayaraq, Lənkəran-Lerik şosesi hazırda
sürücülərin üzünə açıqdır. Bununla
belə, havaların yenidən yağmurlu keçəcəyi təqdirdə, yolda torpaq
uçqunlarının və sürüşmələrin yenidən təkrarlanacağı
qaçılmazdır.