Azərbaycanda fantastik azalma

28 Oktyabr 2014 18:32 (UTC+04:00)
Azərbaycana xaricdən gətirilən qızılın və zinət əşyalarının həcmi azalıb. 

ANS TV-nin məlumatına görə, Dövlət Gömrük Komitəsindən bildiriblər ki, ötən ilin ilk 9 ayında Azərbaycana 672,1 milyon dollarlıq zinət əşyaları, qiymətli metallar, mirvarilər, qiymətli daşlar gətirilib. Amma bu il həmin göstərici 2 dəfədən də çox azalaraq 292,4 milyon dollara enib. 

Bu azalmanın əsas səbəbi kimi isə daxildə tələbatın azalması göstərilir. Əhali gəlirlərinin böyük bir hissəsini istehlaka, vergi, kredit borcunu ödəməyə sərf etdiyindən qiyməli əşyalara kapital yatırmaq imkanı yoxdur.