Aparıcı Zaur: " Başım yaman qarışıqdı"

29 Oktyabr 2014 11:05 (UTC+04:00)
Aparıcı Zaur Nəbioğludan xəbər var. Bir müddətdir gündəmdən uzaq düşən aparıcı Mövqe.az-a danışıb.  Mövqe.az-ın əməkdaşı ilə söhbəti zamanı aparıcı yoxluğunun səbəbini açıqlayıb. Məlum olub ki, aparıcı yeni layihəsi ilə yenidən gündəmə gələcək: "Hələki konkret olaraq çalışacağım kanalın adını demirəm. Amma yeni və səs-küylü layihəmlə yenidən efirə qayıdacağam. Bu aralar başım yaman qarışıqdı".