Aşıq Namiqdən yenilik: "Əvvəl ərəb,indi isə hind mahnısı sazda ..."- VİDEOLAR
29 Oktyabr 2014 14:01 (UTC+04:00)
Aşıqlar arasında xüsusi dəsti-xətti ilə seçilən, tanınan Aşıq Namiq
Fərhadoğlu yenilik edib. Mövqe.az xəbər verir ki, aşıq hind mahnısı
olan "Cimi-cimi"ni sazda ifa edib. Çox maraqla qarşılanan həmin
mahnı "Youtube" kanalına da, yerləşdirilib.
Xatırladaq ki, bir müddət əvvəl aşıq N. Fərhadoğlu ərəb
mahnısını da sazda ifa etmişdi, rəqqasə Aytən isə həmin ifanın
sədaları altda oriental rəqs etmişdi.