Ebolaya yoluxanların sayı 14 minə çatır

30 Oktyabr 2014 09:55 (UTC+04:00)

Ebola virusundan ölənlərin sayı beş mini keçib.Movqe.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının direktoru Brus Ayluard məlumat verib. Onun sözlərinə görə. ümumilkdə virusa yoluxanların sayı isə 13 min 703 nəfərə çatıb.Liberiyada isə yoluxma hallarında azalma müşahidə edilib. Brus Ayluard Liberiyda həftəlik yoluxma halının 25 faiz azaldığını deyib.Qeyd edək ki, Liberiyada virusa 4,665 adam yoluxub. Onlardan 2705 nəfəri həlak olub. Virus əsasən Syerra-Leone, Liberiya və Qvineyada yayılıb.