Tunisdə parlament seçkilərinin nəticələri açıqlanıb

30 Oktyabr 2014 10:01 (UTC+04:00)

Tunisdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.Movqe.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 217 yerlik parlamentdə 85 mandat qazanan dünyəvi "Nidaa Tunis" partiyası 69 mandatla ikinci yeri tutan islamçı "Ən-Nahda"nı geridə qoyub.

Bu barədə oktyabrın 30-da Tunisin seçkilər üzrə Ali müstəqil instansiyanın (MSK) sədri Şəfiq Sarsar bildirib.

Azad Vətənpərvərlər Birliyi Partiyası 17, Xalq Cəbhəsi 15, Afek Tunis partiyası isə 9 mandat qazanaraq parlamentdə təmsil olunacaqlar. Qalan 24 yerə digər partiyaların təmsilçiləri sahib olub .