Azərbaycan rayonunda avtomobil yandı

20 İyul 2012 11:55 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda avtomobil yanıb.Hadisə nəticəsində sürücü bəlaya düşüb.

Qeyd edək ki, özünü yanan avtomobilindən kənara atan sürücü xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Ucar rayonu, Qarabörk kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb, sürücü özünü avtomobildən ataraq xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Türkan Nadirqızı

Movqe.Az