"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ilin ikinci rübündə 11 350 abunəçi sayğacla təmin olunub və bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534 385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.
İkinci rübdə içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmış istehlakçıların sayı 17 135 abunəçi və ya 1,6% artıb.
"Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib" – deyə, qurumdan bildirilib.
Türkan Nadirqızı
Movqe.Az