Flora Kərimovanın "Yağış"-ı - video

30 Oktyabr 2014 16:05 (UTC+04:00)
Xalq artisti Flora Kərimova sözləri və musiqisi bəstəkar Tural Bayraməliyeva aid olan "Yağış" mahnısını səsləndirib.

Bu haqda T.Bayrəməliyev Movqe.az-ın əməkdaşı ilə söhbətində özü məlumat verib:

"Hazırlıq prosesi Türkiyədə, Sezen Aksu, Tarkan, Sertab Erener kimi məşhurların çalışdığı studiyada aparılıb. Eyni zamanda həmin yaradıcı heyətlə işləmişik."Yağış"ın tezliklə klipi də ərsəyə gətiriləcək. Təqdimatı noyabrın ortalarına planlaşdırmışıq".