İrəvanda toqquşma
30 Oktyabr 2014 17:04 (UTC+04:00)
"Ermənistan təbiəti mühafizə dəstəsi"
qeyri-hökumət təşkilatı bu gün bir qrup ekoloji fəalla birlikdə
İrəvandakı "Hyatt Place" otelinin qarşısında etiraz aksiyası
keçiriblər.
ANS PRESS-in məlumatına görə, həmin dəqiqələrdə
oteldə Ermənistanın Cermuk rayonunda yerləşən Amulsar yatağının
istismarı məsələsi müzakirə edilib. Yatağın istismarına qarşı çıxan
fəallar otelə girmək istəyiblər. Amma polis onların qarşısını
alıb.
Etirazçılar polis kordununu dağıtmaq isətyib.
Lakin erməni polisi onlara qarşı güc tətbiq edib. Polislərlə
etirazçılar arasında toqquşma olub. Etirazçılar iddia ediblər ki,
yatağın istismarı ictimai məsələdir və onları müzakirəyə buraxmayan
polis qanunsuzluq edir.