Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və
Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini
Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə
əsasən, N.Süleymanov məhkəmə zalında həbs olunub və 8 il müddətinə
azadlıqdan məhrum edilib. M.Məmmədov barəsində isə Cinayət
Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O,
şərti cəza ilə cəzalandırılıb.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və
320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və
saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.