Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

31 Oktyabr 2014 10:04 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 20-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Xidmətin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, qəbul saat 11:00-da SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin inzibati binasında (Sumqayıt şəh. 4 mkr. C.Cabbarlı küç. 4) başlayacaq.

Qəbula Abşeron, Qubadlı və Sumqayıt sakinləri gələ bilərlər.