“Dovşan kostyumlu kişilər məni ehtiraslandırır”

31 Oktyabr 2014 10:10 (UTC+04:00)

Kuba əsilli amerikalı aktrisa Yeva Mendez çox nadir hallarda sarı mətbuatı sevindirə bilir: axı onu kimsə alt paltarında və ya içkili vəziyyətdə yaxalamayıb.

40 yaşlı aktrisa heç zaman ərdə olmayıb, lakin bununla belə, bir sıra səs-küylü sevgi macəralarının mərkəzində olub. Son anda Yevanın quşu milyonlarla qızın sevimlisi olan aktyor Rayan Qoslinqə qonub. Qoslinqdən qız uşağı dünyaya gətirən Yeva onunla "Şam ağacları altında" (The Place Beyond the Pines) filmində çəkilib. Elə bu filmdən sonra da Qoslinq və Mendez cütlüyü daha da yaxınlaşıblar.

"Bizim tərcümə" layihəsi Yevanın müsahibəsini təqdim edir:

- Yeva, "Şam ağacları altında" filminədək siz Rayan Qoslinqlə başqa layihələrdə işləmisinizmi?

- Xeyr, lakin biz, az qala, 100 ilin tanışlarıyıq və elə çoxdan bir layihədə işləmək istəmişik. Mən həmçinin "Mavi Valentin" ("Blue Valentine") filminin pərəstişkarıyam. Baş rolda oynayan Rayanın sevgi tarixçəsini xatırlayırsınızmı? Mən hətta filmin rejissoru Derek Kyanfransa dedim: "Məni öz növbəti layihənə götür. Lap üçüncü dərəcəli rol ver, amma məni də özünlə götür".

-Yəqin, Derek elə təsirlənib ki, sizə "Şam ağacları altında" filmində birbaşa baş rol verib.

- Deməzdim... Hamı kimi kastinqə gəldim. Mənə növbə çatanda ona dedim: "Sən qeyri-adi rejissorsan, mən də qeyri-adi aktrisayam. Ona görə də gəl otur maşınımda gedək, bir az gəzişək. Bu, mənim sınaq məşqlərim olar".

- O razılaşdı?

-Təəccübləndi, əlbəttə, razılaşdı da. Mən onu Los-Ancelesdə gəzdirib uşaqlığımın keçdiyi yerləri göstərdim. "Şam ağacları altında" filminin qəhrəmanı da mənim kimi Kuba mənşəli amerikalıdır. Qısası, Derek bu qeyri-adi personajla mənim bir çox oxşar cəhətlərimi aşkar etdi.

- Yeva, siz füsunkar ampluadan uzaqlaşmaq üçün qəsdən çətin taleli qadın rollarını seçirsiniz?

- Daim gözəlçə rollarını oynamaq dəhşət darıxdırıcıdır. Mən daha çox çətin, hərtərəfli xarakterləri canlandırmağı sevirəm. Hətta rola görə qaşlarımı qırxmağa və kökəlməyə də hazıram. Heyif ki, mənə bu istəklərimi canlandırmaqhələlikqismət olmayıb.

- Kökəlmək arıqlamağa nisbətən daha asandır...

- Əgər sizin də mənim kimi fəal və həyat dolu itiniz olsaydı, o zaman artıq çəkidən əziyyət çəkməzdiniz. Hər gün itimlə bir neçə saat gəzişirəm və heç bir trenajorun köməyi olmadan arıqlayıram.

- Çox qeyri-adi gözəllik reseptiniz var. Daha nə ilə bölüşə bilərsiniz?

- Məsələn, saçlarımın qidalanması üçün kokos yağından istifadə edirəm: minlərlə maska və balzamdan istifadə etdikdən sonra belə bir qənaətə gəldim ki, kokos yağından yaxşı yoxdur. Digər bir gözəllik sirrimi də sizə açım: mən içməli suyun tərkibinə toz şəklində olan xlorofil əlavə edirəm. Bu qarışıq çox yaxşı antioksidant hesab olunur, dəri və maddələr mübadiləsi üçün xeyirlidir.

-Yeva, görünür, siz hər şeyi təcrübədən keçirirsiniz.

- Bəli, elədir ki, var. Bunu sizə mənim istənilən dostum da təsdiqləyə bilər: mən stabilliyi və darıxmağı sevmirəm. Əgər məndə hər şey stabil və yaxşı gedirsə, mən özümü tələdəymişəm kimi hiss edirəm. Çalışıram ki, adilikdən qaçım.

- Məsələn?

- Əgər söhbət uzun müddət işdən gedirsə, o zaman özümü yeni keyfiyyətdə göstərməyə çalışıram və söhbətə al-əlvanlıq qatıram.

- Kino çəkirsiniz?

- Bəli, qısametrajlı. Axı mənhələ kiöyrənirəm. Lakin təfsilatını soruşmayın. İş bitənə qədər heç bir şey danışmaq istəmirəm. Qorxuram göz dəyər.

- Siz mövhumatçısınız?

- Bəli, çox. Mən hətta növbəti film üçün rol alıb orada oynadıqda belə bu xəbəri çox nadir hallarda yaxınlarıma deyirəm. Yeni bir filmə çəkilməyim haqda xəbərləri anam qəzet səhifələrindən öyrənir.

- Belə çıxır ki, siz ananızla qapalı münasibətdəsiniz?

- Əsla, elə düşünməyin. Mən anamla çox yaxınam. Ondan 12 dəqiqəlik məsafədə yaşayıram. Los-Aneceles böyük şəhərdir axı, mən ondan bir neçə kilometr uzağa da köçə bilərdim. Lakin onun yaxında olmasına ehtiyacım var.

- Belə çıxır ki, qəlbinizdəki azadlığa rəğmən, siz hələ də ev qadınısınız?

- Bəli, ola bilsin ki, bəsit səslənsin, lakin ailə və ev mənim üçün hər şeydən alidir. Bilirsiniz, mənim hobbim nədir? İnteryer-dizayn. Mən öz şəxsi evimdə dəyişiklik etmək, otaqların quruluşunu dəyişməyi sevirəm. Xatırlayırsınızsa, mən hətta yataq dəsti və qab-qacaqlar da buraxdırmışam.

- Nəinki xatırlayırıq, hətta təfərrüatı ilə bilirik. Bəlkə, siz bişirməyi də sevirsiniz?

- Belə də. Çox da yox. Daha çox meyvə və tərəvəzlə qidalanıram. Onları daha çox təzə, çiy halda qəbul edirəm. Ətdən isə 6 il bundan qabaq imtina etmişəm.

- Əxlaqi səbəblərə görə?

- Xeyr, ət sadəcə xoşuma gəlməməyə başlayıb. Və mən sizə həyatımın necə dəyişdiyini də izah edə bilmirəm: dərim gözəlləşdi, əhvalım yaxşılaşdı... Lakin mən vegetarian deyiləm. Əsas odur ki, bədəninin tələblərinə düzgün qulaq asasan.

- Nəyə görə hamını buna səsləmirsiniz? Bir vaxtlar siz heyvan hüquqlarının qorunması üçün reklam kampaniyasına qoşulmuşdunuz.

- Bəli, XXI əsrdə dizaynerlərin hələ də təbii xəzdən istifadə etməsini vəhşilik kimi hesab edirəm.

- Biz sənin "YouTube"-dan Aerosmith qrupun "Hole in my Soul" klipini tapdıq. Orada sən zolaqlı bikinidəsən və ehtirasla öpüşürsən. Bu, səndə ilk dəfədən belə alındı?

- Xeyr, öpüş səhnəsi məndə heç 20-ci dəfədən də alınmırdı. Öpüşdüyüm oğlan kifayət qədər yaraşıqlı olsa da, mən çox həyəcan keçirdirdim. Mənə qışqırırdılar: "Haydi, daha ehtiraslı öpüş!". Lakin məndə yenə alınmırdı.

- Ən sonda alındı?

- Axırdan-axıra, bəli, alındı. Ancaq mənim tərəf müqabilimlə daha çox bəxtim gətirdi. Mənə elə gəlir ki, aktyorluq məktəbi bitirməyən hər bir qız Conni Depplə həvəslə öpüşə bilər. Əlbəttə, o qız da Conninin qarşısında həyəcan keçirdəcək.

- Belə çıxır ki, siz artıq yataq səhnələrində rahatlıqla çəkilirsiniz?

- Xeyr. "Gecənin sahibləri" ("We Own the Night") filmində elə siz dediyiniz səhnəni Xoakin Fenikslə oynayırdıq. Mən çəkilişlərə 1 saat qalmış qızdırmadan titrəməyə başladım. Bunu görən rejissor portağal şirəsinə arağı qatıb içməyi tövsiyə etdi. Yadımda deyil, həmin günü neçə stəkan şirə içdim, bircə onu bilirəm ki, xəstəliyim keçdi.

- Böyük ekran arxasından öz yataq səhnələrinə baxmaq sənə iyrənc gələ bilərmi?

- İyrənclik yaşlı ananla oturub açıq səhnələrə baxanda baş verir. Yaxşı ki, anam filmin belə səhnələrini görməyib. Açıq səhnələr filmin əvvəlində gedir. Xoşbəxtlikdən anam kinonun premyerasına düz 15 dəqiqə gecikdiyi üçün filmin o hissələrini görə bilmədi.

-Yüngül ev paltarında etdiyin ən dəhşətli şey nə olub?

- Ev paltarında bağda işləməyim. Mənim bağımda qızılgüllər yetişir. Mən isə evdə, sizin sevdiyiniz kimi, adətən çılpaq gəzişirəm. Çünki mən eksqibisionizmdən (bədəninin intim yerlərini nümayiş etdirməkdən seksual həzz almaq) əziyyət çəkirəm. Qızılgülü dərməyin vaxtının yetişdiyini görüb aşağı düşdüm. Məndə elə bir adət yoxdur ki, əvvəl geyinim, sonra isə gül dərməyə gedim. Amma xeyr, internetdə belə bir şəkillərimə rast gələ bilməzsiniz. Və bağım da elə yerdə yerləşir ki, heç bir qonşu məni görə də bilməz.

- Elə ona görə də fotolarda büstqalterinin ipləri belə görünmür?

- Bəli, elə səbəb budur. Los-Ancelesdə bir neçə klub var ki, daim şəkillərimi çəkmək üçün can atır. Bax həmin o klublarda əyləşərkən ayaqlarını aralayan kimi şəklini çəkib "sensasiyalı" xəbər kimi dərc edirlər. Mən isə fotoqrafların olmadığı məkanlara üz tuturam.

- Sənin pis vərdişlərin haqda söz-söhbətlər gəzişir.

- Bəli, mən pis vərdişlərimi gizlətmirəm. Məsələn, mən ayaq dırnaqlarımı çeynəməyi sevirəm. Xüsusən də televizorda maraqlı bir verilişə baxarkən... Əlbəttə, çalışıram ki, bunu insanların qarşısında etməyim, lakin tək qaldıqda özümü saxlaya bilmirəm. Bundan əlavə, dovşan kostyumlu kişilər məni ehtiraslandırır.