Prodüser Təranə Səmədova bahalı avtomobil alıb – Foto

20 İyul 2012 15:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, yerli şou-biznesin tanınan prodüserlərindən olan Təranə Səmədova yeni avtomobil alıb. 

Prodüser bəzi saytlara verdiyi açıqlama zamanı "Toyota Avalon" markalı maşını satışda olduğundan ucuz qiymətə aldığını deyib:

"Maşının bazar qiyməti 40-45 min manat arasında dəyişir. Amma mən bir az ucuz aldım. Avtomobilimi neçəyə aldığımı açıqlamaq istəmirəm. Onu da deyim ki, bu avtomobili adətən, sahibi deyil, sürücülər idarə edir. Bununla belə, mənə bu avtomobili idarə etmək çox rahatdır".


Türkan Nadirqızı

Movqe.Az