Paytaxtda binaların birində çürümüş kişi meyiti tapılıb. Qeyd edək ki, bu barədə Nəsimi rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 17 saylı yaşayış binasının çardağında çürüməyə məruz qalan 50-55 yaşlı kişi meyiti aşkar edilib.
Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Türkan Nadirqızı
Movqe.Az