Azərbaycan paytaxtında dəhşətli qətl törədilib

20 İyul 2012 11:34 (UTC+04:00)
Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. 

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən bağ evində yaşayan, 57 yaşlı Nazim Əhəd oğlu Babayevin boğazı kəsilmiş meyiti yaşadığı evdə tapılıb. 

Həyata keçirilən araşdırmalar nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, N. Babayev qaynı, 1967-ci il təvəllüdlü Arif Kazımov tərəfindən öldürülüb. Hadisənin namus üstündə baş verdiyi ehtimal olunur. 

Hadisəni törədən A. Kazımov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.