Gün gələcək hamının evində olacaq

20 İyul 2012 12:09 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Bina48" adlı bir robot  yaradılıb. Bu, indiyə qədər yaradılan insanabənzər robotların ən təkmillləşmiş formasıdır. Bu robot zarafat edir, şeir oxuyur, çaşdırıcı dərəcədə insan mimikalarını təqlid edir.

Artıq hər evdə mikrodalğalı soba, soyuducu, televizor var. Gələcəkdə də hər evdə insanların şəxsi robotlarının olacağı güman edilir. ABŞ-ın Vermont əyalətində nanotexnologiya üzə araşdırmalar aparan "Terasem Movement Foundation" adlı quruluş, şəxsi robotların irəlidə gündəlik həyatda özünə məşhur bir şəkildə yer tapacağını iddia edir.

Elm adamları çox yüksək keyfiyyət və funksiyalara sahib olan robotları yaratmaq və inkişaf etdirmək üçün bütün həyatlarını laboratoriyalarda keçirirlər. Sənaye, əyləncə və müdafiə sahəsində çalışan robotlardan əlavə, insanın gündəlik həyatında köməkçi olaraq istifadə oluna bilən insana bənzəyən robotlar da yaratmağa çalışılır.