Əsma Əsəd Rusiyada deyil

20 İyul 2012 12:54 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngilis "Guardian" qəzetinin Şamda baş verən hücumdan sonra Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin Rusiyaya qaçdığı iddiası yalanlanıb. Belə ki, Suriyanın Moskva səfiri Riyad Haddad Suriya Prezidenti Əsədin həyat yoldaşı Əsma Əsədin Moskvada olmadığını söyləyib. Haddad Rus "İnterfax" xəbər agentliyinə verdiyi açıqlamada Əsma Əsədin Moskvada olduğu ilə bağlı qərb mətbuatında çıxan iddiaları yalanlayıb. Haddad "Əsma Əsəd Rusiyada deyil, hələ Şamda-yoldaşının yanındadır " deyib.