Lorin və "Buranova Nənələri" Vitebskdə festivalın açılışında iştirak ediblər

20 İyul 2012 14:11 (UTC+04:00)
Movqe.Az bildirir ki, Azərbaycanda keçirilən "Avroviziya-2012" -nin qalibi Lorin və 2-ci yerin qalibləri "Buranova Nənələri"  Vitebskdə festivalın açılışında iştirak ediblər. Lorin 1 günlük açılışda iştirak etməyə gəlmişdi. Deyilənə görə, çıxışına görə ona 30 000 avro dəyərində pul və Vibebskin ən yaxşı otelində yer veriblər . "Slavyan Bazarı"nın açılışı zamanı Lorini pərəstişkları qarşılayıb. Lakin təhlükəsizlik tədbirləri zamanı polisin Lorini 3 dəfə yoxlaması onun xoşuna gəlməyib. Bu zaman  "Buranova Nənələri"ni görən Lorinin üzündə təbəsssüm yaranıb və tez nənələri qucaqlayıb. Onlar hələ Bakıda olarkən, dost olmuşdular. Lorin  "Buranova Nənələri"nə deyib: "Nə yaxşı ki, siz gəlmisiniz".