İspaniyada kəmər sıxma tədbirlərinə etiraz edildi

20 İyul 2012 14:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, İspaniyada vergiləri artıran və maaşları salan maliyyə tədbirlərinə qarşı etiraz edilib. Ölkənin 80 şəhərində on minlərlə adam meydanlarda toplanarkən, paytaxt Madriddəki nümayişə 100 mindən çox insan qatılıb.

"Maaşların azalmasına YOX" ,"Bizi məhv etdiniz" kimi plakatlar daşıyan nümayişçilər, kəmər sıxma tədbirlərinə qarşı çıxıb. Gecə yarısına qədər davam edən nümayişlərdən sonra bir qrupla polis arasında münaqişə yaşandığı bildirilib.

İspaniya hökuməti 2015-ci ilə qədər 65 milyard avro qənaət etməyi planlaşdırır.