Merkel sünnət qadağasını tənqid edib

20 İyul 2012 15:11 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Angela Merkel Almaniyada sünnəti qanuni hala gətirmək üçün əlindən gələni edir. Sünnət qadağanının qalxmasına Yaşıllar və Sosial Demokratlar da dəstək verir. Almaniya kansleri Angela Merkel Köln Region Məhkəməsinin aldığı sünnət qadağası qərarını sərt şəkildə tənqid edib. Merkel Xristian demokratların (CDU) idarə heyəti konfransında iştirak edib. O, idarə heyəti üzvlərinə "Özümüzü gülməli ölkə mövqeyinə salırıq" deyib.