Matissenin rəsm əsəri tapıldı

20 İyul 2012 15:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Matissenin 10 il əvvəl Venezuelada oğurlanan rəsm əsəri Miamidə tapılıb. Fransız rəssam Henri Matissenin 10 il əvvəl Venezuelada oğurlanan "Qırmızı şalvarlı nökər" adlı rəsm əsəri ABŞ-da tapılıb. Amerika Federal İstintaq Bürosunun (FBI) agentləri oğurlanmış tablonu Miamidə aşkar edib. Özünü sənət brokeri olaraq tanıdan agentlər məşhur tablonu 740 min dollara almaqla razılaşıb. Oğurlanmış tabloyla əlaqədar 46 yaşlı amerikalı, 50 yaşlı meksikalı qadın həbs edilib.