Suriyada hücumlar səngimək bilmir

20 İyul 2012 16:28 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyada dünən Əsəd rejiminə bağlı qüvvələrin hücumlarında 204 nəfərin öldüyü açıqlanıb. Suriya İnsan Haqqları Təşkilatından edilən açıqlamaya görə; Şam və ətraf ərazilərdə 77, İdlibdə 42, Humusda 21, Deyrezzorda 20, Hələbdə 15, Hamada 14, Derada 14 və Lazkiyedə 1 nəfər həlak olub. Şərhdə dünyasını dəyişən insanların adları və hansı şəkildə öldürüldükləri haqda məlumat da yer alıb.