Kral Karlosa Rusiyadan dövlət mükafatı

20 İyul 2012 15:53 (UTC+04:00)

Movqe.Az bildirir ki, Rusiyanı ziyarət edən İspaniya Kralı Xuan Karlosa "Rusiya Dövlət Mükafatı" verilib.

Kremlin Sarayında keçirilən mərasimdə Prezident Vladimir Putin bu mükafatın Kral Karlosa "insanlıq adına etdiyi işlərdən ötrü" verildiyini söyləyib.

Kral Karlos isə bu jestle birlikdə gələn pulu İspaniyada zəlzələdən zərər görən şəhərə bağışlayacağını açıqlayıb.