Azərbaycanlı müğənni həm işləyir, həm də istirahət edir - Foto

21 İyul 2012 13:38 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, müğənni Leyla Ramazanlı sentyabr ayından etibarən dinləyicilərə yeni yaradıcılıq işlərini təqdim edəcək. 

Bu barədə müğənninin prodüseri Ceyhun Məhərrəmov məlumat verib. Müğənninin prodüseri  bildirib ki, Leyla il ərzində dinləyicilərinə bir neçə klip və mahnı təqdim edib.

"Müğənni iş həyatından başqa istirahətə də vaxt ayırıb. Bu yay 3 xarici ölkədə istirahət etməyi planlaşdırır. Bu ayın sonunda müğənni əvvəlcə Türkiyədə, daha sonra Fransa və İspaniyada istirahət etməyi düşünür", - C.Məhərrəmli deyib.


Türkan Nadirqızı

Movqe.Az