Şəkidə 2 nəfər imtahandan qovuldu

21 İyul 2012 14:31 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirildiyi bölgələrdən biri də Şəki rayonu olub. 

Qeyd edək ki, Şəkidə imtahan 3 məktəbdə keçirilib. İmtahanda Şəkidən və ətraf rayonlardan 1650 abituriyent öz gələcəyini müəyyənləşdirmək üçün çətin sınağa çəkilib. Ancaq üç abituriyentə bu prosesdə sonacan iştirak etmək nəsib olmayıb.

TQDK-nin yerli bölməsindən verilən məlumata görə, bir nəfər yüksək stres diaqnozu ilə imtahan verə bilməyib, ona tibbi yardım göstərildikdən sonra RMX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə cavabları başqalarından köçürdüyünə görə imtahandan xaric olunub.

Türkan Nadirqızı

Movqe.Az