Azərbaycanda yaşlı kişi intihar edib

21 İyul 2012 23:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda yaşlı kişi intihar edib. 

Məlumata görə, onun ruhi xəstə olduğu bildirilir. Dünən Şabran şəhər sakini, 1959-cu il təvəllüdlü Əlqafil Cəfərov həyətindəki qoz ağacından özünü asaraq intihar edib. Cəfərovun uzun müddətdir ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Türkan Nadirqızı

Movqe.Az