Çində son 40 ilin ən güclü leysan yağışları yağıb-FOTO

22 İyul 2012 01:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Çində son 40 ilin ən güclü leysan yağışları yağıb. 21 iyul tarixində baş vermiş leysan nəticəsində  3 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Yerli mətbuatın məlumatına görə, 5000 nəfər  Pekin və ətraf ərazilərdəki təhlükəsiz yerlərə köçürülüb. Hava şəraitinə görə, 475 uçuş təxirə salınıb, yollarda, nəqliyyat sistemində çətinliklər yaranıb. Sinoptiklər bu leysan yağışlarının 22 iyul səhər saatlarına qədər davam edəcəyini söyləyir.