Yaşar Nuri Bakıya nə vaxt qayıdacaq?

22 İyul 2012 13:32 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, hazırda Türkiyədə xəstəliyi ilə bağlı müalicə olunan xalq artisti Yaşar Nuri səhhəti ilə bağlı ANS-ə danışıb.

Xalq artisti bildirib ki, onunla yaradılan telefon bağlantısı gözəl bir vaxta – Ramazan ayına təsadüf edir. Y.Nuri ilk növbədə Azərbaycan xalqını Ramazanın gəlişi münasibəti ilə təbrik edib: "Arzum budur ki, sağ-salamat bu bayramı qeyd edək. Bu, sağlamlıq bayramıdır. Bizim tanrıya inamımızı artırır".

Yaşar Nuri deyib ki, səhhəti yaxşıdır: "Yəqin ki, sentyabr-oktyabr aylarına Bakıya qayıdaram".

Türkan Nadirqızı

Movqe.Az