Riçard Moninqstar and içdi

22 İyul 2012 18:35 (UTC+04:00)

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi keçirilib.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, mərasimdən sonra R. Moninqstar ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.

Yeni səfirin yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini bu ilin aprel ayında prezident Barak Obama irəli sürüb, iyunun 30-da isə ABŞ Senatı onun bu posta namizədliyini təsdiqləyib.