Gələn ay Azərbaycana sualtı seymik stansiyalar gətiriləcək

23 İyul 2012 12:21 (UTC+04:00)
Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın "Kinemetrics" şirkəti stansiyaların texniki şərtlərini Azərbaycana göndərib. Bu barədəAPA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktou Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, avqustun sonlarına qədər sualtı seymik stansiyalar ölkəyə gətiriləcək. O vaxta qədər Azərbaycan tərəfi sualtı seysmik stansiyaların quraşdırılması üçün tələb olunan bütün prosedurları həll edəcək. Stansiyalar sentyabr ayında "Ümid", "Günəşli" və "Bahar" yataqlarında quraşdırlacaq.