İspaniya alovlar içindədir

23 İyul 2012 13:06 (UTC+04:00)
Movqe.Az bildirir ki, Portuqaliyadan sonra İspaniya da meşə yangınlarıyla mübarizə edir. Ölkənin şimal-şərqindəki Katalonya bölgəsində çıxan yanğında 3 adam dünyasını dəyişib.

Ölənlərdən ikisinin alovdan xilas olmaq üçün uçurumdan dənizə tullanan bir ata ilə 15 yaşındakı qızı, digərinin isə yanğının təsiriylə infarkt keçirərək həlak olan 75 yaşlı bir kişi olduğu bildirilib.

Külək səbəbi ilə sürətlə yayılan yanğınlar nəticəsində əhalidən evlərindən çıxmamaları tələb olunub. Bölgədən Fransaya gedən yollar bağlanılıb, qatar səfərləri isə ləğv edilib.

Yollarda bəzi avtomobillərin yandığı, bəzilərinin isə qapalı qaldığı xəbəri bildirilib. Ən az 19 adamın isə yaralandığı xəbəri verilib.

Yanğınsöndürmə işləri isə hələ də davam edir.