Yay Olimpiya oyunlarının yekun hazırlıq işləri başa çatmaq üzrədir

23 İyul 2012 13:31 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,  Britaniyanın mərzkəzində  XXX Yay Olimpiya oyunlarının yekun hazırlıq işləri başa çatmaq üzrədir.  Olimpiya oyunlarının başlamasına artıq 5 sutkadan az vaxt qalıb. Mərasimin təntənəli açılışı cümə günü, 27 iyul , saat 21.00 ( Yerli vaxtla 23.00)  baş tutacaq.

Məlumatlara görə, Yer kürəsi əhalisinin 60%-i,təxminən  4 milyard insan təntənəli açılışı seyr etmək üçün hər il ekran qarşısına keçir.Olimpiya Parkında dekorativ işlər gedir, mətbuat mərkəzində jurnalistlər yığılır, məşqçilər idmançılarını qələbə qazanmağa yönləndirir və mənəvi dəstək olur. 16 gün davam edəcək yarışlarda 205 ölkədən qatılmış 10 000 idmançı arasında  302 medal uğrunda mübarizə gedəcək. Olimpiya oyunlarını 28 000-dən çox Britaniya və xarici jurnalistlər izləyəcək.