Əfsanəvi aktyor Alen Delon rus filmində çəkiləcək

23 İyul 2012 14:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, əfsanəvi fransız aktyoru Alen Delon  "Yeni iliniz mübarək,analar!" adlı rus filmində çəkiləcək. Bu haqda məlumatı rejissor Corc Malkov bildirib. Onun sözlərinə görə, Alen Delon müqaviləni imzalayıb və çəkilişlər avqustun 9-da Parisdə başlayacaq. Filmdə əfsanəvi aktyorun tərəf müqabilləri Elizabeta Boyarskya, İrina Rozanova, Pavel Volya, Konstantin Kryukov və s. aktyorlar olacaq. Filmin təqdimatı 27 dekabr, 2012-ci ilə planlaşdırılır.