Bakıda qəza baş verib:ölənlər var

23 İyul 2012 14:51 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Sabunçuda üç avtomobil toqquşub, qəza nəticəsində bir nəfər ölüb. 

Hadisə iyulun 22-si saat 08:30 radələrində Sabunçu qəsəbəsində baş verib. Şahin Məlikovun idarə etdiyi BMW markalı avtomobillə Ramin Zərbəliyevin idarə etdiyi "Mercedes" və Ərəstun Kərimovun idarə etdiyi "VAZ 2104" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2104"-ün sərnişini Emin Hüseynov aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma davam edir.

Türkan Nadirqızı

Movqe.Az