Bakıda suyun verilməsində fasilələr yaranacaq

23 İyul 2012 15:01 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır. 

Məlumata görə, bununla əlaqədar olaraq iyulun 23-24-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Türkan Nadirqızı

Movqe.Az