Proqnozlaşdırılan karbohidrogen ehtiyatı 10 milyard tondur

11 Aprel 2012 12:54 (UTC+04:00)

Azərbaycanın proqnozlaşdırılan karbohidrogen ehtiyatları neft ekvivalentində 10 mlrd. ton təşkil edir. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları isə hazırda 4,5 mlrd. ton təşkil edir. "Hazırda Azərbaycanda 40 neft-qaz strukturunun işlənməsi ilə bağlı işlər aparılır. Bu prosesə 20 ölkədən 50 iri şirkət cəlb olunub. Hazırda Azərbaycanda gündəlik neft hasilatı 140 min ton təşkil edir", - deyə R.Abdullayev bildirib.