Uşaq yeməyində bakteriya tapılıb

23 İyul 2012 17:09 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Almaniyanın ən böyük körpə yeməyi istehsalçılarından Milupa davamlı nəzarət əsnasında içində bakteriya olduğu təyin olunan uşaq yeməyinin satışını dayandırmaq qərarı alıb. Şirkətdən əldə edilən şərhdə son istifadə tarixi "11.01.2014" olan "Aptamil pre" adlı körpə südündə "Cronbacter sakazakii" bakteriyasına rast gəlindiyi ifadə edilib. Bakteriyaya bu yeməklərin "02.14-05.00" saatları arasında çıxarılan hissəsində rast gəlindiyini ifadə edən şirkət səlahiyyətliləri, əllərindəki məlumatlara görə sözügedən seriyadan bu vaxta qədər yalnız iki qutu satıldığını bildirib.