Gənc klassik musiqiçi sevgidən oxuyub

24 İyul 2012 14:48 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, gənc klassik musiqi ifaçısı, əməkdar artist Zaur Əmiraslanov yeni klip çəkdirib. 

Müğənni sözləri və musiqisi İlhamə Məsiyevaya aid olan "Səninlə" adlı mahnıya klip çəkdirib. Qeyd edək ki, bu klipi rejissor Nail Naiboğlu ekranlaşdırıb.

Hər zaman öz səsini Luçano Pavarotti, Rəşid Behbudovla müqayisə edən müğənni "Səninlə" mahnısında sevgidən oxuyub.



Türkan Nadirqızı

Movqe.Az