Azərbaycanlı müğənni ata olacaq

24 İyul 2012 15:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Emil Bədəlov öz həyat yoldaşı ilə xoşbəxt olduğunu bildirib. 

Qeyd edək ki, populyar müğənni bu haqda Space telekanalında yayımlanan "Plyus-minus" proqramına bildirib.

"Bizim ailə həyatımız davam edir, heç bir problemimiz yoxdur. Bəxtim gətirib ki, yaxşı insanlarla doğmalaşmışam. Onu da deyim ki, bu yaxınlarda ata olacam. Heç kim bizim xoşbəxtliyimizə mane ola bilməz", - gənc müğənni deyib.

Türkan Nadirqızı

Movqe.Az