Balotellidən super hesab

24 İyul 2012 15:43 (UTC+04:00)
Movqe.Az bildirir ki, İtaliya milli komandasının futbolçusu 21 yaşlı Mario Balotelli uzun və yorucu keçən mövsümdən sonra çimərliklərdən çıxmır.

İbiza sahillərində tətil edən Balotellinin ən son "Ocean Beach Club" adlı klubda 20 qonağı ilə əyləndiyi VIP lojaya 4 min sterlink hesab ödədiyi məlum olub. Barın sahibi 25 illik müəssisədə indiyə qədər belə çox çox hesab ödəyən bir müştərisi olmadığını söyləyərək ödəməni təsdiqləyib.