Nabranda 63 sürücü cəzalandırıldı

24 İyul 2012 15:56 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, dünən Nabranda sürücülər cəzalandırılıblar. 

Xaçmaz RPŞ-nin DYPB əməkdaşları Nabran istirahət zonasında növbəti avtoreyd keçirib. Reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol nəqliyyat hadisələrinin  qarşısını  almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaqdır.

Qeyd edək ki, avtomobili sərxoş vəziyyətdə idarə edən 9 nəfər, sürücülük vəsiqəsi olmadan maşın sürən 4, avtomobilə əlavə avadanlıqlar quraşdıran 5, digər yol hərəkət qaydalarını pozan 20, ümumilikdə isə 63 nəfər sürücü saxlanılaraq barələrində inzibati cəzalar tətbiq edilib.

Türkan Nadirqızı

Movqe.Az