“Google” onu unutmadı

24 İyul 2012 16:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Google" Atlantik okeanını təyyarə ilə tək başına keçən ilk qadın pilot olan Amelia Earhartı şərəfləndirib."Google" əsas səhifəsində "doodle" olaraq adlandırılan loqo 24 iyul 1897-ci ildə dünyaya gələn Amelia Earhartın xatirəsinə hazırlanıb. ABŞ-ın Kanzas əyalətində doğulan Earhart Birinci Dünya Müharibəsi əsnasında hərbi xəstəxanalarda tibb bacısı vəzifəsində çalışıb. Döyüşdən sonra hava nəqliyyatındakı sürətli inkişafla yaxından maraqlanan Earhart 1928-ci ildə Atlantik okeanını keçən ilk qadın təyyarəçi olub.