Gəncədə binalara və evlərə smartkart tipli sayğaclar quraşdırılır

24 İyul 2012 16:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncədə evlərə smartkart tipli sayğaclar quraşdırılır.

Bu məqsədlə aparılan işlər çərçivəsində şəhərin 20-ə yaxın küçə və prospektində mexaniki sayğaclar elektron qaz sayğacları ilə əvəzlənib. Kəpəz TV kanalının yaydığı məlumatda qeyd olunur ki, məqsəd abonentlər arasında qaz oğurluğunun qarşısını almaq və yarana biləcək borcların vaxtında ödənilməsini təmin etməkdir.

Qeyd edək ki, hazırda Gəncədə 69102 abonent mavi yanacaqdan istifadə edir ki, onlardan 48430 smartkart tipli, 20672 isə mexaniki sayğacdan yararlanır. Gəncə Qaz İstismarı Sahəsinin rəis müavini Vüqar Ələkbərovun bildirdiyinə görə, 2012-ci ilin 6 ayı ərzində qurum şəhərin 20-ə yaxın küçəsində 7830 elektron sayğac quraşdırıb və proses davam etdirilir. Aparılan işlər çərçivəsində tək mexaniki sayğaclar deyil, həmçinin bir neçə il bundan əvvəl quraşdırılmış və hazırda texniki tələblərə cavab verməyən smartkart sayğaclar da yeniləri ilə əvəzlənir.

Türkan Nadirqızı

Movqe.Az