Movqe.az xəbər verir ki, Suriyanın Hələb və Humus şəhərlərindəki həbsxanalarda üsyan baş qaldırıb. Aktivistlər Hələb həbsxanasındakı üsyanda 8, Humusdakıi üsyanda isə 2 məhkumun öldüyü iddiasını irəli sürüb. Suriyalı müxaliflər Humusdakı həbsxanadan partlayış səslərinin gəldiyini, ordunun qırğına hazırlandığını iddia edib. Hələbdəki üsyana müdaxilə edən təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz və güllədən istifadə ifadə etdiyi deyilib.